...

Tbilisidə "Qafqaz kuboku 2007" karnaval rəqslərinin festivalı keçiriləcək

Dünya xəbərləri Materials 26 Aprel 2007 12:18 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/11-13 may tarixdə Tbilisidə ənənəyə uyğun olaraq "Qafqaz kuboku 2007" karnaval rəqslərinin festivalı keçiriləcək. Festivalın təşkilatçılarının bildirdiyinə görə, festivalın açılışı Muştaidi parkının "Tela" rəqs zalında baş tutacaq, mayın 12-si və 13-də festival Vere parkındakı basketbol sarayında davam etdiriləcək.

Turnirdə Moskva, Volqoqrad, Donetsk, Minsk, Kiyev, Bakı, Yerevan və Gürcüstanın müxtəlif şəhərlərindən rəqs cütlükləri iştirak edəcək. Qafqaz dövlətlərinin kuboku uğrunda ənənəvi komanda yarışları keçiriləcək. Həmçinin Gürcüstanın cütlük rəqslərinin müsabiqəsi, Latın Amerikası rəqsləri üzrə beynəlxalq reytinq müsabiqəsi keçiriləcək.

Nümunəvi çıxışların keçirilməsi də nəzərdə tutulub. Turnir beynəlxalq kateqoriyalı arbitrlər tərəfindən qiymətləndiriləcək. Baş hakim - "Tela" studiyasının rəhbəri və Gürcüstanın İdman Rəqsləri Milli Federasiyasının prezidenti Tenqiz Qaçeçiladzedir.

Xəbər lenti

Xəbər lenti