...

Rusiyaya məxsus növbəti hərbi kolon Axalkalakidən Ermənistana yola düşüb

Dünya xəbərləri Materials 26 Aprel 2007 14:37 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Əvvəl elan olunmuş müddətlərə baxmayaraq, bu gün daha bir Rusiya hərbi kolonuı Axalkalakidəki Rusiya hərbi bazasından çıxarılıb. Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən, kolon yerli vaxtla saat 13:30-da Ninotsminda sərhəd keçid məntəqəsindən keçərək Gürcüstan ərazisini tərk edib.

KAMAZ markalı 10 yük avtomaşınından ibarət hərbi kolon Rusiyanın Gümrüdəki (Ermənistan) 102-ci hərbi bazasına istiqamətlənib. KAMAZ-larda Axalkalaki bazasının 20 ton idman inventarı və 15 ton əşya yerləşdirilib.

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına əsasən, Rusiya hərbi bazasından növbəti hərbi texnika və əmlak kolonu mayın 4-də göndəriləcək.

Xəbər lenti

Xəbər lenti