...

Brüsseldə Qara dəniz regionunun inkişaf perspektivləri müzakirə olunacaq

Dünya xəbərləri Materials 26 Aprel 2007 15:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Aprelin 27-29-da Belçikada "Brüssel forum 2007" adlı beynəlxalq konfrans keçiriləcək. Burada Qara dəniz regionunun inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Gürcüstan Dövlət Dəftərxanasından verilən məlumata görə, forumda Gürcüstanı xarici işlər naziri Gela Bejuaşvili təmsil edəcək. Forum iştirakçıları arasında həmçinin Belçika baş naziri, Almaniya və Kanada XİN başçıları, Avropa Birliyinin genişləndirmə məsələləri üzrə komissarı və digərləri yer alacaq.

Qeyd edək ki, plana əsasən konfransda Gürcüstanın baş naziri Zurab Noqaideli iştirak etməli idi. Lakin onun Hyuston klinikasında ürəyindən əməliyyat olunması səbəbindən Belçikaya XİN başçısının yollanması qərara alınıb. Baş nazirin durumu qənaətbəxş kimi dəyərləndirilir və 3 gündən sonra klinikadan çıxacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti