...

Rusiyalı politoloq Estoniya hadisələrini şərh edib

Dünya xəbərləri Materials 3 May 2007 19:55 (UTC +04:00)
Rusiyalı politoloq Estoniya hadisələrini şərh  edib

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Estoniya hadisələri barədə şərhləri ilə Azərbaycanlıların Rusiyada Federal milli-mədəni muxtariyyəti "AZERROS"un prezidenti, Rusiyanın Regional İnkişaf Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin müdir müavini Söyün Sadıqov, Rusiya Dövlət Dumasının müdafiə komitəsinin məsləhətçisi, politoloq Qriqori Trofimçuk, 1941-ci il Qırmızı meydan hərbi paradının iştirakçısı, Böyük Vətən müharibəsinin veteranı Lev Qluxman Trend üçün eksklüziv çıxış ediblər.

Azərbaycanlıların Rusiyada Federal milli-mədəni muxtariyyəti "AZERROS"un prezidenti, Rusiyanın Regional İnkişaf Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin müdir müavini Söyün Sadıqov:

- Estoniyadakı vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Hesab edirəm ki, problemin rus-eston münasibətlərin zəifləməsinə aidiyyatı yoxdur, buna daha dərin baxmaq lazımdır. Buna NATO-nun Şərqə irəliləməsi, xüsusilə Rusiya-NATO rakursundan baxılmasını istisna etmirəm. Daha öncədən, Estoniya parlamenti "Hərbi dəfnlərin mühafizəsi haqqında qanun" qəbul etdikdə mənim rəhbərlik etdiyim Azərbaycanlıların Rusiyada Federal milli-mədəni muxtariyyəti "AZERROS" hərbçi - xilaskarların yenidən dəfn olunmasına icazə verməmək barədə Estoniya parlamentinə və Rusiya Prezidenti Vladimr Putina etiraz məktubu göndərmişdi.

Estoniya parlamenti böyük səhvə yol verib. Mənim bu ölkənin inkişaf etmiş, mədəni olması barədə fikirlərim ciddi surətdə dəyişilib.

Faktlara baxaq. Əgər Estinoya hökumətinin sovet xilaskar əsgərlərinin guya "uyğun olmayan yerlər"də dəfni barədə qeyri məntiqi izahına baxsaq, onda sual yaranır: Bəs daha öncə Tallin meriyasına avtobus dayanacağı ilə üzbəüz yerləşən abidəni şəhər nəqliyyatı istifadəçilərinin tapdayaraq xarab etməsinə qarşı hasar qoymasına kim mane olurdu? Həmçinin müharibə qurbanları qalıqlarının sovet sisteminə nifrət yaradan 60 il bundan öncə baş vermiş hadisəyə münasibətdə Estoniya hakimiyyətinin siyasəti anlaşılmaz olaraq qalmaqdadır. Sovet əsgərləri Estoniya ərazisini alman faşizminin fəlakətindən müdafiə edərkən həlak olublar. Estoniyanın bolşevik rejimi və sovetləşdirmə siyasətinə görə Rusiyaya heç bir iradı ola bilməz. Çünki Rusiyanın özü də bundan zərər çəkib. Xalqın ən yaxşı nümayəndələri repressiya qurbanı olub. Artıq 15 ildir ki, Rusiya da Estoniya kimi müstəqil dövlətdir. Buna görə burda heç bir narazılıq olmamalıdır və ola da bilməz. Rusiya son zamanlar öz enerji potensialından istifadsə etməkə iqtisadi yüksəliş kursu götürüb. Təbii ki, bu da bəzi Avropa dövlətlərini qane etmir. Onlar Rusiyanın energetika bazasının rəqabət qabiliyyətliyini etiraf etmək istəmirlər. Bu üçüncü qüvvələr isə antisovet hərəkətlərinə təhrik etməyə hazır olan dövlətlərə güc verir. Məqsəd ondan ibarətdir ki, Rusiya Estoniya kimi xırda bir dövlətə qarşı cavab hərəkətləri etsin və nəticədə bunlar dünya ictimaiyyətinə "Rusiyanın beynəlxalq qanunvericiliyi pozmaqla, imperiya təkəbürlülüyü" barədə car çəksinlər. Bu gün dünyasını dəyişmişlərin abidəsini təhqir eləyən Estoniya demokratik dövlət adlandırıla bilməz. Estoniya parlamenti bu hərəkəti ilə yalnız rusların deyil, bütün insanlığın hisslərini təhqir edib. Buna görə də Estoniya hakimiyyətinə etiraz edən fəal rus ictimai hərəkatını dəstəkləyirəm.

Amma Rusiya həmişəki kimi pasrlamentin qərarına vaxtında cavab verməyə gecikib. "Hərbi qəbirlərin köçürülməsinin yolverilməzliyi və müdafiəsi haqqında" beynəlxalq qanuna əməl etməyən dövlətə qarşı sanksiya tətbiq olunmasını tələb etmək lazım idi. Bu sənəddə dünya ölkələrində hərbçi-xilaskarlar üçün qoyulmuş abidə, xatirə komplekslərinin mühafizəsi dəqiq göstərilib.

Öz növbəsində Rusiya və bütün Birlik ölkələri Estoniya səhvini boynuna alıb abidəni əvvəlki yerinə qaytarana qədər bu ölkə ilə diplomatik əlaqələri kəsməli və iqtisadi sanksiyalar tətbiq etməlidir.

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin məsləhətçisi, politoloq Qriqori Trofimçuk:

- Hər şeydən öncə qeyd etmək lazımdır ki, Estoniyada baş verənlər "Yeltsin babanın" irsidir. Bu, onun Baltikyanı siyasətə birbaşa təsiridir. Əgər onun ümumiyyətlə hər hansı bir şüurlu siyasəti var idisə. Yeltsin ölüb, Rusiya isə hələ uzun müddət əziyyət çəkəcək.

Əlbəttə ki, sovet əsgərinin abidəsi ilə bağlı olan problem ancaq bəhanədir. Digər tərəfdən, gözəl tərtib olunmuş və tamaşaya qoyulmuş ciddi, keyfiyyətli, siyasi texnoloji planda bəhanədir. Bizim rusiyalı "politoloqlarımız", necə deyərlər, analitiklıərimiz həmişə olduğu kimi çarə tapa bilmədilər. Ukrayna mövzusunda olduğu kimi, tam siyasi iflas. Son zamanlar tez-tez deməli olsam da, yenə də təkrar etmək istəyirəm ki, Rusiyada siyasi və ekspert təbəqələrini tamamilə dəyişməyin vaxtı gəlib çatıb. Əks halda bir müddətdən sonra Rusiya sadəcə olmayacaq.

Təbii ki, Tallinin küçələrində baş verənlərdə kütləvi surətdə bu ölkənin rusdilli əhalisi də iştirak edir, amma onaların hərəkətləri ekstremistlər üçün bahənə yaradır. Məqsəd isə Rusiyanın Avropaya açılan bütün pəncərələrini bağlamaqdır.

Rusiya bu şəraitdə öz vəziyyətini qəsdən dramatik vəziyyətlərə salaraq pisləşdirən uşaq kimi hərəkət edir. Bir müddət əvvəl "Stalin. Live" filmi göstərildi ki, burda bir çox tənqidi və dəyərli fikirlər yer almışdı. Bunlardan biri elə bizim məsələmizlə bir başa bağlıdır.

Stalin hələ gəncliyində bir şeyi özünə yaxşıca vərdiş etmişdi: əgər dərhal qisas ala bilmirsənsə, heç vaxt qışqırmaq və boş-boşuna əl-qol atmaq olmaz - güc yığ, qisas üçün münasib vaxt gözlə və sən mütləq qələbə qazanacaqsan. Bu cür halda isə Rusiya yerinə yetirmək iqtidarında olmadığı hədələri ilə öz nüfuzunu itirir. "Belə olmalıdır" - demək və 5 dəqiqə sonra eləmək. Daha yaxşısı isə heç nə demədəni, susaraq öz həyati təhlükəsini (vacib deyil iqtisadi, yaxud siyasi) göstərmək. Onda hörmət edəcəklər və proqnozlaşdırılmamış reaksiyamızdan ehtiyat edəcəklər.

Abidələrin sökülməsi davam edəcək. Qərbdə antirusiya geosiyasi layihələri hazırlayan bir çox peşəkar təbliğatçılar var. Kreml qısa müddətdə mobil, intellektual planda bu cür kompakt mütəxəssis qruplarına yatırımlar etməlidir. Pulunu bu məsələlərdə heç nəyi həll edə bilməyən fərasətsiz "vətənpərvər gənclik layihələrində" öldürməməlidir.

1941-ci il Qırmızı meydan hərbi paradının iştirakçısı, Böyük Vətən müharibəsinin veteranı Lev Qluxman:

- 1944-cü ilin sentyabrında alman qüvvələri hələ 1941-ci ildə tutduqları Tallindən geri çəkildilər. Baltikhyanı ərazilərin azad olunması əməliyyatı çərçivəsində 1944-cü ilin sentyabrının sonuna Estoniya faşistlərdən təmizlənmişdi.

Mən indiki nəslin daha yaxşı yaşaması üçün qan tökmüş yoldaşlarımın xatirəsinə görə çox təhqir olunmuş və alçalmışam. Onlar bizi faşist təhlükəsindən qorudular. Amma biz onları abidələrinin təhqir olunmasından qoruya bilmədik. Bu, bizim qələbəmizə tüpürməkdir! Biz bu paklığın pozulmasına icazə verməməliyik və xatırlamalıyıq ki, "HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR!"

Xəbər lenti

Xəbər lenti