...

Ukrayna prezidenti Konstitusiya Məhkəməsinin daha bir hakimini vəzifəsindən azad edib

Dünya xəbərləri Materials 10 May 2007 15:31 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenko andını pozduğuna görə Konstitusiya Məhkəməsinin hakimi Vladimir İvaşenkonun vəzifədən azad olunması barədə fərman imzalayıb.

Bu barədə prezidentin rəsmi internet-nümayəndəliyi məlumat verir.

İvaşenko KM-nin hakimi vəzifəsini 2 mart 2001-ci il tarixindən Ukrayna prezidentinin kvotası üzrə tutub.

Öncə Yuşşenko Syuzan Stanik və Valeri Pşeniçnını Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən azad edərək onların yerinə Stepan Qavriş və Vasili Kostitskini təyin edib.

Ukraynanın KM-nin icraatında prezidentin parlamentin buraxılması ilə bağlı 2 aprel 2007-il tarixli fərmanının qanuniliyi haqqında iş var.

Xəbər lenti

Xəbər lenti