...

Mixail Saakaşvili İordaniyaya rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 14 May 2007 15:05 (UTC +04:00)

Gürücstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 18-20-də İordaniyaya rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi günü Gürcüstan prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Səfər çərçivəsində Saakaşvilinin İordaniya kralı ilə görüşü nəzərdə tutulur. Eyni zamanda, Gürcüstan liderinin burada İordaniyanın rəsmi şəxsləri, habelə ölkənin işgüzar dairələrinin təmsilçiləri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə əsas müzakirə mövzusu ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri, habelə Gürcüstan iqtisadiyyatına investisiyaların yatırılması olacaq. Qeyd edək ki, bu, Gürcüstan prezidentinin ərəb dünyası ölkələrinə üçüncü səfəridir. Bu vaxtadək Saakaşvili Birləşmiş Ərəb Əmirlikləri və Misirdə səfərdə olub.

Gürcüstan prezidenti ərəb biznesmenlərinin Gürcüstan iqtisadiyyatına investisiya yatırmasına çalışır. İlk növbədə söhbət Potidə azad ticarət zonasının yaradılmasından gedir.

Xəbər lenti

Xəbər lenti