...

Türkmənistan prezidenti iki günlük səfərlə Astanaya gələcək

Dünya xəbərləri Materials 28 May 2007 15:45 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ bu gün günün ikinci yarısında Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iki günlük dövlət səfəri ilə Astanaya gəlməlidir. Bu barədə Qazaxıstan XİN-nin rəsmi nümayəndəsi Ercan Aşiqbəyov məlumat verib. Türkmənistan prezidenti Qazaxıstanınn dövlət başçısı Nursultan Nazarbayevlə görüşəcək.

Ercan Aşiqbəyovun sözlərinə görə, danışıqların əsas mövzusu Qazaxıstan şirkətlərinin Türkmənistanın neft yataqlarının işlənməsi layihəsində mümkün iştirakı, iki ölkə arasınada dəmir yol xətti çəkilməsi və digər nəqliyyat marşrutlarının müəyyən olunması, həmçinin sənayenin müxətəlif sahələrində birgə müəssisələrin yaradılması olacaq.

Xəbər lenti

Xəbər lenti