...

Mixail Saakaşvili Fransadadır

Dünya xəbərləri Materials 11 İyun 2007 19:21 (UTC +04:00)

Gürcustan, Tbilisi, /müx. Trend N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili iyunun 10-da gecə saatlarında Sankt-Peterburqdan Fransaya yola düşüb. Bu haqda prezidentn mətbuat xidməti məlumat verib.

Gürcüstan prezidenti öz həmkarı Nikolya Sarkozi ilə görüşəcək. Saakaşvili artıq bir dəfə daxili işlər naziri vəzifəsini icra edərkən Sarkozi ilə görüşüb. May ayında Saakaşvili Sarkozinin prezident seçkilərində qələbəsini alqışlayıb və bəyan edib ki, Fransa hər zaman Gürcüstanın dostu olub. Fransanın yeni seçilmiş prezidentini Gürcüstan prezidenti "gələcək general Şarl De Qoll" adlandırıb.

Xəbər lenti

Xəbər lenti