...

Türkiyədə Azərbaycan vətəndaşı Arzu Əliyevaya qarşı cinayət işinin məhkəmə prosesi davam edir

Dünya xəbərləri Materials 3 İyul 2007 12:54 (UTC +04:00)

Türkiyə, Ankara / müx. Trend Ə.Ələsgərov / Türkiyə polisinin verdiyi məlumata görə, Ərzurum şəhərində 39 yaşlı Azərbaycan vətəndaşı Arzu Əliyevaya qarşı məhkəmə araşdırmsı davam edir.

O, "Fahişəliyə yardım etməkdə və bu məqsədlə yer hazırlamaqda" ittiham olunur. Sonuncu məhkəmə iclasında öz müdafiəsinə çıxış edən Əliyeva ona qarşı sürülən ittihamları təkzib edib. O bildirib ki, onun Türkiyəyə gəlməkdə məqsədi yerli həkimlərin tibbi müayinəsindən keçmək olub.

Cinayət işi materiallarında göstərilir ki, müttəhim aprelin 13-də Ərzurum şəhərinin polis şöbələrindən birinin apardığı əməliyyat zamanı saxlanıb. Əliyeva ilə birlikdə bir neçə xarici vətəndaş da həbs olunub.

Dinləmələr zamanı ittihamçı Əliyevanı günahkar elan etməyi və 4 il azadlıqdan məhrum etməyi təklif edib. Məhkəmə yüngülləşdirici hal kimi müttəhimin 4 uşaq anası olması faktını nəzərə alıb. Bütün araşdırma dövrü ərzində müttəhimin nəzarətdə saxlanmasını nəzərə alaraq məhkəmənin qərarı ilə Əliyeva nəzarətdən azad edilib və məhkəmə prosesi uzun müddətə təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti