...

Dünyada 100 milyon kooperativ fəaliyyət göstərir

Dünya xəbərləri Materials 4 İyul 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/Dünyada 800 milyondan çox sahibkar var ki, bunların içərisində kooperativlər təqribən 100 milyon iş yerinə malikdir. Bu barədə çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyindən məlumat verilib. Məlumata görə, uğurlu kooperativlər öz bizneslərini üzvlərinin və ya cəmiyyətlərin maraqlarını təhlükə altına qoymadan genişləndirə bilirlər. Kooperativ banklar mikro-maliyyə xidmətləri vasitəsilə kiçik sahibkarlıq fəaliyyətlərinə başlamaları üçün əhalinin az təminatlı qruplarını lazımi kreditlə təmin edir. Bir çox kooperativlər insanlara səhiyyə, sosial və təhsil xidmətləri göstərir və əhalinin daha ağır vəziyyətdə olan qruplarının, məsələn əlilliyi olan şəxslərin iş ilə təmin olunmasına çalışır.

Hər il iyulun 7-si Beynəlxalq Kooperativlər Günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti