...

İsrailin baş naziri İranın dinc məqsədli nüvə proqramının əleyhinə çıxış edir

Dünya xəbərləri Materials 10 İyul 2007 16:47 (UTC +04:00)
İsrailin baş naziri İranın dinc məqsədli nüvə proqramının əleyhinə çıxış edir

İsrailin baş naziri Ehud Olmert İranın dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirməsini təqdir etməyib.

"Tehran tamamilə aşkar surətdə nevə silahına malik olmaq və elə bu cür şövqlə İsraili yer üzündən silmək istəyindən danışır. Onda mən özümdən soruşmalıyam: dinc məqsədlə nüvə enerjisindən istifadə etməklə digər bir milləti necə məhv etmək olar?" -deyə Olmert İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.

"Yəhudi xalqının zəngin təcrübəsi bizə onu öyrədir ki, kimsə bizi məhv etməklə hədələyirsə, biz buna ciddi yanaşmalıyıq", - deyə o, Tehrana qarşı iqtisadi sanksiyaların tətbiq olunmasının vacib olduğunu əlavə edib.

Ekstremist HƏMAS hərəkatı haqqında danışan Olmert qeyd edib ki, bu qurum yalnız İsraillə münaqişənin necə davam etdirilməsi üzərində mərkəzləşib və fələstinliləri də öldürməyə hazırdır.

"HƏMAS-la kompromis - bu, terrorla kompromisdir. Terrorizmlə birgə vahid milli hökumətin formalaşdırılması Yaxın Şərqdə sülh yaratmayacaq strategiyadır",-deyə İsrail baş naziri hesab edir.

İtaliyanın hökumət başçısı Romano Prodi iyulun 8-10-da Yaxın Şərqə işgüzar səfər edib. RİA Novosti xəbər verir ki, səfər zamanı baş nazir İsrail və Fələstində olmalıdır.

Təl-Əvivdə Prodi baş nazir Ehud Olmertlə danışıqlar aparıb, sağ müxalif qüvvələrin lideri, "Likud" partiyasının sədri Benyamin Netanyahu, həmçinin müdafiə naziri Ehud Barakla görüşüb.

Bundan əlavə, İtaliya baş nazir Xolokost muzeyində olub, prezident Şimon Pereslə işgüzar səhər yeməyi keçirib və Müqaddəs torpaqdakı katolik təşkilatların nümayəndələri ilə görüşüb.

İyulun 10-da isə Prodinin Fələstin Milli Hökumətinin rəhbəri Mahmud Abbasla görüşü nəzərdə tutulub.

Prodi daha öncə bəyan etmişdi ki, Yaxın Şərq ölkələrinə səfər etməkdə məqsədi BMT baş katibinin müraciəstini onlara çatdırmaq və regionda sülh və əməkdaşlığa nail olunmasına yardım etməkdir.

Xəbər lenti

Xəbər lenti