...

Moroz Yuşenkonu mütləq hakimiyyətə can atmaqda günahlandırıb

Dünya xəbərləri Materials 10 İyul 2007 17:55 (UTC +04:00)
Moroz Yuşenkonu mütləq hakimiyyətə can atmaqda günahlandırıb

Ali Radanın spikeri Aleksandr Moroz Ukrayna prezidentini mütləq hakimiyyət və avtoritarlıqda ittiham edir.

"Yuşenko mütləq hakimiyyət, avtoritarlıq, idarəçiliyin diktator modelini istəyir", - deyə çərşənbə axşamı Ukrayna parlamentinin mətbuat xidməti spikerin sözlərindən sitat gətirib.

Morozun fikrincə, Yuşenko növbədənkənar parlament seçkiləri ilə birlikdə dövlət başçısının səlahiyyətlərinin artırılması barədə konstitusiyaya dəyişikliklərin edilməsi üçün referendumun keçirilməsi təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu barədə xəbəri RİA Novosti yayıb.

"Seçkilər yeni parlamentin keçirilməsi üçün lazım deyil, bu, yalnız konstitusiyaya dəyişikliklərlə bağlı referendum üçün bəhanədir. Bu, Ukrayna üçün faciəli şəkildə başa çatacaq", - deyə Ukrayna parlamentinin mətbuat xidməti spikerin sözlərini çatdırıb.

Spiker "konkret soyad altında" Əsas Qanuna dəyişikliklər edilməsinin yolverilməz olduğunu bildirib.

O, bütün vəzifəli şəxslər tərəfindən, ilk növbədə prezident tərəfindən Ukrayna Konstitusiyasına ciddi şəkildə əməl olunmasını tələb edib.

Qeyd edək ki, aprel ayının əvvəlində Ukrayna prezidenti parlamentin buraxılması və mayın 27-də növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etdikdən sonra ölkədə siyasi böhran yaşanıb. May ayının sonunda böhrandan çıxmaq üçün Yuşenko baş nazir Viktor Yanukoviç və spiker Aleksandr Morozla sentyabrın 30-da parlament seçkilərinin keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti