...

Avropa İttifaqı rəsmiləri Turkiyədə keçirilən seçkilərin nəticələrini dəstəkləyir

Dünya xəbərləri Materials 23 İyul 2007 17:22 (UTC +04:00)
Avropa İttifaqı rəsmiləri Turkiyədə keçirilən seçkilərin nəticələrini dəstəkləyir

Fransa, Strasburq/müxbir Trend A.Məhərrəmli/ Avropa İttifaqı rəsmiləri dünən Turkiyədə keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verib.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozo (Jose Manuel Barroso) Turkiyənin baş naziri Rəcəp Tayyıb Ərdoğanı partiyasının bazar günü keçirilən parlament seçkilərində qazandığı "məftunedici" qələbəyə görə təbrik edib. Baş nazirin şəxsən Avropa İttifaqı ilə uzunmüddətli əməkdaşlığa dair öhdəlik götürdüyünü xatırladan cənab Barrozo bu qələbənin türk xalqı üçün ölkənin siyası və iqtisqdi islahatlara doğru getdiyi önəmli bir vaxtda baş verdiyini bildirib.

Avropa Komissiyası sədrinin müavini Franko Fratini ( Franco Frattini) Italiyanın "La Repubblica" və "La Stampa" qəzetlərinə verdiyi müsahibədə "ekstremizm riskini aradan qaldıran" seçkilərin "tarazlaşdırılmış" nəticələrindən məmnun qaldığını bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Miliban (David Miliband) verdiyi açıqlamada qeyd edib ki, Avropanın hər yerində yeni yaranan hökumətə yardım etməyimiz cox vacibdir. Türkiyədə sabit və möhkəm siyasi vəziyyət İngiltərənin maraqlarına cavab verir.

Xəbər lenti

Xəbər lenti