...

AŞPA-nın prezidenti bolqar tibb işçilərinin repatriasiyası ilə bağlı bəyanat verib

Dünya xəbərləri Materials 25 İyul 2007 12:19 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend A.Məhərrəmli/ "Nəhayət, bolqar tibb işçilərinin məsələsi öz həllini tapdı". Bunu Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) sədri cənab Rene Van der Linden həkim və tibb bacılarının Bolqarıstana repatriasiyasının ardından verdiyi açıqlamada bəyan edib.

O, Avropalı həmkarlarının diplomatik təşəbbüslərini alqışlayıb. "Əlbəttə ki, mən həkimin və tibb bacılarının vətənə geri dönməsindən və iztirablarının sona yetməsindən məmnunam. Lakin Liviyada humanitar faciəyə və səkkiz il ərzində günahsız insanların həbsinə səbəb olan vəziyyət məni cox narahat edir. Liviya hakimiyyəti səhiyyə sistemində hökm sürən acınacaqlı vəziyyəti təcili surətdə aradan qaldırmalıdır" - deyə o qeyd edib.

Bolqarıstandan olan həkim və tibb bacıları 400-dən artıq liviyalı uşağı QİÇS virusuna yoluxdurmaqda ittiham olunaraq ölüm hökmünə məhkum olunmuşdular.

Xəbər lenti

Xəbər lenti