...

Böyük Britaniya və ABŞ BMT-nin Təhlüksizlik Şurasına İrana qarşı daha sərt sanksiyalar tətbiq edilməsini təklif etmək niyyətindədir

Dünya xəbərləri Materials 31 İyul 2007 12:52 (UTC +04:00)
Böyük Britaniya və ABŞ BMT-nin Təhlüksizlik Şurasına İrana qarşı daha sərt sanksiyalar tətbiq edilməsini təklif etmək niyyətindədir

Böyük Britaniyanın baş naziri Qordon Braun və ABŞ prezidenti Corc Buş Tehranın nüvə proqramı ilə bağlı İrana münasibətdə daha sərt sanksiyalar tətbiq etməyin vacibliyini bəyan ediblər, RBK -nın məlumatında belə deyilir.

"İrana münasibtdə biz qərara gəlmişik ki, sanksiyalar fəaliyyət tədbirləri vasitəsinə çevrilsin, buna görə də bizim başlamağa hazır olduğumuz növbəti mərəhələ BMT-nin Təhlüksizlik Şurasının yeni qətnaməsi yolu ilə sanksiyaların sərləşdirilməsindən ibarət olacaq" - deyə Braun ABŞ-a rəsmi səfəri zamanı bildirib, Reuters-in məlumatında belə deyilir.

Rəsmi səfərlə ABŞ-da olan Braun hazırda Atlantik okeanının sahilində Buşların ata-baba mülkü olan Kemp-Deviddə ABŞ prezidentinin qonağıdır.

Ötən həftə britaniyalı baş nazir bəyan edib ki, "beynəlxalq sanksiyaların öz effektivliyini göstərməsinə baxmayaraq" Təhlükəsizlik Şurası və beynəlxalq müfəttişlərin yeni komandası Tehranın uranı zənginləşdirməsi ilə bağlı işlərini məhdudlaşdırmaq məqsədilə İrana qarşı təzyiqləri gücləndirə bilər.

2007-ci ilin iyulunda belə bir məlumat yayılmışdı ki, Qərb diplomatlarının qarşısında daha vacib beynəlxalq məsələlər dayandığından Qərb İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə tələbləri sentyabrdan tez olmayaraq bərpa etməyəcək".

Bu arada İran XİN bəyan edib ki, hökumət İslam Respublikasının nüvə proqramının istiqamətini dəyişməyəcək və onu dayandırmayacaq, İranın nüvə sənayesinin inkişafı "əvvəlcə müəyyənləşdirilmiş çərçivədə davam edəcək və siyasi dəyişikliklərdən asılı olmayacaq".

Eyni zamanda İran bəyan edib ki, ABŞ-la birbaşa danışıqların keçirilməsinin mümkünlüyünü nəzərdən keçirməyə hazırdır.

Əvvəlcə İran hökuməti Atom enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) mütəxəssislərinə Arakda ağır suyun istehsal olunduğu zavodda yoxlamalar aparmağa icazə verib. Tehran həmçinin Natanzedə yerləşən nüvə obyektində MAQATE-nin müdafiə sisteminin yerləşdirilməsinə razılıq verib.

Bundan başqa, İran və MAQATE razılığa gəliblər ki, yaxın zamanlarda ağır suyun istehsal olunduğu zavoda baş çəkmək imkanı əldə edəcək beynəlxalq müfəttişlərdən ibarət yeni komanda yaradılsın.

Razılığa əsasən, MAQATE-nin nümayəndə heyəti İrana avqustun 6-da baş çəkəcək. Onlar İran tərəfi ilə texniki məsələləri, xüsusilə də nüvə obyektlərinin yoxlanması şərtlərini müzakirə edəcəklər. Hazırda 73 dövlət BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunan sanksiyalar rejiminə qoşulub. Rəsmi Tehran bəyan edir ki, hazırda Tehranın zənginləşdirilmiş uran ehtiyatları 100 kq təşkil edir. Ekspertlərin fikrincə, atom bombasının yaradılması üçün ən azı 500 kq maddə tələb olunur.

Xəbər lenti

Xəbər lenti