...

Rusiya Kosovo ilə bağlı danışıqların nəticələrinin öncədən müəyyən olunmasının əleyhinədir

Dünya xəbərləri Materials 31 İyul 2007 17:26 (UTC +04:00)
Rusiya Kosovo ilə bağlı  danışıqların nəticələrinin öncədən müəyyən olunmasının əleyhinədir

Rusiya Kosovonun statusu ilə bağlı süni müvəqqəti danışıqlar çərçivəsinin qurulmasını və əvvəlcədən onların yekunlarının müəyyən olunmasının əleyhinə çıxış edir. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mixayil Kamınin bəyan edib.

RİA Novosti xəbər verir ki, onun sözlərinə görə, danışıqlar "Əlaqə qrupu tərəfindən diqqətlə hazırlanmaq şərti ilə" artıq yaxın zamanlarda başlaya bilər.

"Güman olunur ki, BMT baş katibi BMT Təhlükəsizlik Şurasının nəzarəti altında BMT məcrasında qalacaq bu prosesi başlayacaq" - deyə XİN rəsmi nümayəndəsi bəyan edib.

"Vasitəçilər tərəfindən hadisələrin nəticələrinin əvvəlcədən müəyyən olunması, serblər tərəfindən imtina olunmuş Axtisaari planının irəli çəkilməsi, qeyri-təbii danışıqlar çərçivəsinin qurulması - bütün bunlar kompromisə nail olmaq tapşırığı ilə bir araya sığmır. Bu cür praktika status prosesinin hazırkı məsuliyyətli mərhələsində istisna olunmalıdır" - deyə bəyanatda bildirilir.

Diplomat qeyd edib ki, "BMT TŞ-də Kosovo qətnaməsinin qərb layihəsinin müzakirəsi dayandırıldıqdan sonra Əlaqə qrupu üzrə tərəfdaşlar Rusiyanın ərazinin statusu ilə bağlı kompromisin tapılması məqsədi ilə Belqrad və Priştina arasında danışıqların davam etdirilməsi ilə bağlı təklifinə razılıqlarını təsdiq ediblər".

"Rusiya hadisələrin bu cür gedişatının qəti şəkildə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq oluna biləcəyi mövqeyindən çıxış edir" - deyə o söyləyib.

"Rusiya Belqrad və Priştina arasında razılıq əldə olunmasına yardım məqsədilə Əlaqə qrupunda razılıqla bağlı formalaşan Rusiya Federasiyası - Avropa Birliyi - ABŞ "üçlüyü"nə qoşulacaq" - deyə RF XİN-in rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, "bu format yalnız bizim tərəfdaşlarımız BMT Təhlükəsizlik Şurasında status prosesinin əvvəlki mərhələdəki gərgin müzakirələrindən lazımı çıxarışlar edərlərsə effektiv ola bilər".

"Yalnız bir tərəfin həvəsləndirilməsindən imtina etmək, Belqradın təkliflərini lazımı səviyyədə nəzərə almaq, BMT TŞ-nin 1244 saylı qətnaməsinə əsaslanmaq, diyarda azlıqda qalan millətlər üçün standartların həyata keçirilməsinə yardım etmək lazımdır" - deyə Kamınin bildirib.

O xəbər verib ki, "üçlük" üzvlərinin fikri və mövqelərinin diqqətlə nəzərə alınması həm bu format daxili, həm də tərəflərlə fəal və məhsuldar qarşılıqlı fəaliyyət göstərməyə, onları kompromisə təşviq etməyə imkan verəcək, nəinki qəbul olunmayacaq variantlara qəsdən təhrik etmək. "Rusiya bu cür əməkdaşlığa hazırdır" - deyə diplomat söyləyib.

Xəbər lenti

Xəbər lenti