...

Birinci Avropa Oyunları ərəfəsində Bakıda "İFAM" xalq səhnəsi təşkil olunub (FOTO)

Baku 2015 : EUROGAMES Materials 30 May 2015 20:30 (UTC +04:00)
“İFAM ON THE STAGE” – Bakı-2015 1-ci Avropa Oyunları ərəfəsində hər kəsə öz bacarığını, musiqi duyumu və istedadını nümayiş etdirməyə imkan yaradan xalq səhnəsidir.
Birinci Avropa Oyunları ərəfəsində Bakıda "İFAM" xalq səhnəsi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

"İFAM ON THE STAGE" - Bakı-2015 1-ci Avropa Oyunları ərəfəsində hər kəsə öz bacarığını, musiqi duyumu və istedadını nümayiş etdirməyə imkan yaradan xalq səhnəsidir.

Trend-in məlumatına görə, səhnənin adı "İFAM On The Stage" Azərbaycan dilində "mənim ifam" kimi, ingilis dilində isə "if i am on the stage", yəni "əgər mən səhnədə olsaydım" kimi başa düşülür.

Sözügedən səhnə Bakı-2015 Avropa Oyunlarına dəstəyini nümayiş etdirən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da xalq qarşısında ifa etmək imkanı yaradıır.

İFAM səhnəsi hər kəsin rahatlıqla izləyə və öz istedadını nümayiş etdirə biləcəyi şəhərin mərkəzi yerlərindən biri olan Fəvvarələr meydanında quraşdırılıb. İFAM səhnəsində müxtəlif dillərdə pop, rok, rep, eləcə də xalq mahnılarını ifa etmək mümkündür. İFAM səhnəsində rəqs qabiliyyətinə malik şəxslər də yerli və xarici rəqs nömrələrini məharətlə nümayiş etdirə, xalqın alqışını qazana bilərlər.

Səhnədə Bakı şəhərinin sakinləri ilə yanaşı, şəhərin qonaqları öz məharətlərini nümayiş etdirə bilərlər. İfaçılar solo və duet şəklində öz ifalarını əvvəlcədən hazırlaşmaqla xalqa təqdim edə bilərlər.

İfaçılar İFAM səhnəsinə çıxmaq üçün canlı olaraq səhnənin yaxınlığındakı qeydiyyat məntəqəsində ifa etmək istədikləri musiqini sifariş verməklə qeydiyyatdan keçirlər. Daha sonra onlar mikrofon qarşısında seçdikləri musiqinin müşayiəti ilə öz qabiliyyətlərini nümayiş etdirərək xalqın alqışlarını qazanmağa çalışırlar.

Sözü gedən səhnə, həmçinin izləyicilər üçün maraqlı və müsbət əhvali-ruhiyyə vəd edir. Peşəkar aparıcının maraqlı müsabiqələrinin iştirakçısı olmaq, Avropa Oyunları ilə bağlı qeyd etdiyi məlumatlardan xəbərdar olmaq, DJ tərəfindən səsləndirilən maraqlı musiqi nömrələrindən həzz almaq üçün səhnənin yaxınlığında olmaq kifayətdir.

Bakı-2015 1-ci Avropa Oyunları ərəfəsində təşkil olunan İFAM xalq səhnəsi Avropa Oyunlarının yekunlarınadək hər gün saat 17:00-dan 21:00-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətlərinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti