...

Gəncədə Bakı sakini güllələnib

Hadisə Materials 14 Aprel 2016 20:39 (UTC +04:00)
Gəncədə Bakı şəhər sakini güllələnib.
Gəncədə Bakı sakini güllələnib

Bakı. Trend:

Gəncədə Bakı şəhər sakini güllələnib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə şəhər Nizami rayon ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 20 yaşlı Mətləb Həsənzadə sağ ayaqdan yaralanma diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükəsi aradan qalxıb.

Zərərçəkmişin bildirdiyinə görə, ona tanımadığı şəxslər odlu silahdan atəş açıblar.

Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti