...

105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı

Maraqlı Materials 3 May 2015 18:35 (UTC +04:00)
Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər
105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı

Azərbaycan, Bakı, 3 may /Trend/

Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.

Trend-in xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib. Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var. Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.

Xəbər lenti

Xəbər lenti