...

Britaniyalı deputat: BMT erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2016 18:11 (UTC +04:00)
BMT erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.
Britaniyalı deputat: BMT erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir

Bakı. Trend:

Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Blekmen Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəşin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, millət vəkili bildirib ki, uzun müddətdir təmas xəttində gərginlik artmaqda idi:

"Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə qarışmalı və özünün Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti