...

Məmmədyarov Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2016 14:19 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Fransaya işgüzar səfər edəcək.
Məmmədyarov Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Fransaya işgüzar səfər edəcək. Trend-in əldə etdiyi məlumata görə, nazir Parisdə fransalı həmkarı Jan-Mark Ero ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları nəzərdən keçiriləcək.

E.Məmmədyarov Fransaya hazırda səfərdə olduğu Portuqaliyadan yola düşəcək.

Xəbər lenti

Xəbər lenti