...

Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı olub

Cəmiyyət Materials 22 Mart 2016 14:43 (UTC +04:00)
Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı da olub.
Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı olub

Bakı. Trend:

Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı da olub. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, Azərbaycanın Belçika Krallığındakı səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: "Paytaxt Brüsseldə yaşanan hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər".

H.Hacıyev əlavə edib ki, "Zaventem" hava limanında partlayış baş verən vaxtda ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub: "Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır".

Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti