...

Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən rejissorun müalicəsinə yardım göstərəcək

Cəmiyyət Materials 12 Sentyabr 2016 12:59 (UTC +04:00)
Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.
Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən rejissorun müalicəsinə yardım göstərəcək

Bakı. Trend:

Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.

Bu barədə Trend-ə Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.

Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.

Məlumatı Heydər Əliyev Fondu təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti