...

Bakıda növbəti Formula-1 yarışlarının ilkin tarixi müəyyən olunub

Cəmiyyət Materials 4 Oktyabr 2016 07:57 (UTC +04:00)
Növbəti il üçün Bakıda keçiriləcək Formula-1 yarışları üçün artıq hazırlıqlara start verilib.
Bakıda növbəti Formula-1 yarışlarının ilkin tarixi müəyyən olunub

Bakı. Elçin Mehdiyev – Trend:

Növbəti il üçün Bakıda keçiriləcək Formula-1 yarışları üçün hazırlıqlara start verilib. Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, yarışların bu ilki kimi iyunun 18-də başlanması nəzərdə tutulur: “Lakin bu tarix hələ dəqiq deyil. Bununla bağlı müzakirələr aparılacaq və yarışın keçirilməsinin dəqiq tarixi dekabrın əvvəlində müəyyən ediləcək”.

N.Arpadarai bildirib ki, növbəti il yarışların keçirilməsinə hazırlıq işlərində həm vaxt, həm də maliyyə baxımından qənaət olunacaq: “Beləki, bu il yarış üçün quraşdırılan bir sıra avadanlıqlar hələ sökülməyib, bir sıra avadanlıqlar isə hazır vəziyyətdə anbarlarda saxlanılır. Yəni bu dəfə bu avadanlıqların quraşdırılması üçün vaxt və maliyyə sərf edilməyəcək”.

Formula-1 Avropa Qran Prisinin adı Azərbaycana uyğunlaşdırılır

Formula-1 Avropa Qran Prisinin adı Azərbaycana uyğunlaşdırılır

N.Arpadarai yarışın keçirildiyi ərazidə yol tikintisi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, yalnız yarış trekinə düşən Niyazi küçəsində qəmbər daşları üzərindən kəçilmiş aslaft örtüyü sökülüb, yarış trekinə düşən Gənclər meydanı 1 küçəsi ərazisində isə qəmbər daşları üzərinə çəkilmiş asfalt örtüyü hələ də qalmaqdadır: “Yəni yarış üçün yalnız Niyazi küçəsində qəmbər daşlarının üzərinə yenidən asfalt örtüyü çəkiləcək”.

Şöbə rəhbəri əlavə edib ki, ötən yay Formula--in Bakıya gəlişi “Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutdu və bu yarış devizə uyğun olaraq reallaşdı: “Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti