...

Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib

Cəmiyyət Materials 24 Mart 2017 16:43 (UTC +04:00)
Belarusun Nazirlər Şurası 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləyib.
Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib

Bakı. Trend:

Belarusun Nazirlər Şurası 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləyib.

Trend "BELTA"ya istinadən xəbər verir ki, baş nazir Andrey Kobyakovun sədrliyi ilə keçirilən iclasda həmçinin II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilələr, oyunların proqramı, eləcə də idman obyektlərinin tikintisi kimi məsələlər nəzərdən keçirilib.

Belarus 2016-cı ilin oktyabrında Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 45-ci sessiyasında 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi etmək hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti