...

Bakı-Moskva aviareysi ləngiyib

İqtisadiyyat Materials 10 Noyabr 2016 19:15 (UTC +04:00)
Bakı-Moskva aviareysi Moskvadakı hava şəraiti ilə əlaqədar 2 saat ləngiyib.
Bakı-Moskva aviareysi ləngiyib

Bakı. Azad Həsənli - Trend:

Bakı-Moskva aviareysi Moskvadakı hava şəraiti ilə əlaqədar 2 saat ləngiyib.

Trend "Domodedovo" aeroportunun saytına istinadən xəbər verir ki, Bakıdan Moskvaya yerli vaxtla 20:40-da uçmalı olan "S7" aviaşirkətinə məxsus reys 22:25-də çatacaq.

Qeyd edək ki, Moskvada güclü qar yağması səbəbindən 80-ə yaxın reys təxirə salınıb, 60 reys ləngiyib. Yağıntıların sabah axşama qədər davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti