...

AZPROMO: Azərbaycan sahibkarları Qazaxıstan iqtisadiyyatına 130 milyon dollardan artıq sərmayə yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 13:23 (UTC +04:00)
2005-ci ildən Qazaxıstan iqtisadiyyatına qoyulan Azərbaycan investisiyalarının həcmi 130 milyon dolları ötüb.
AZPROMO: Azərbaycan sahibkarları Qazaxıstan iqtisadiyyatına 130 milyon dollardan artıq sərmayə yatırıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Əliyev/

2005-ci ildən Qazaxıstan iqtisadiyyatına qoyulan Azərbaycan investisiyalarının həcmi 130 milyon dolları ötüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov cümə günü Bakıda ikitərəfli biznes forumdan əvvəl bildirib.

R.Məmmədov deyib: "Ölkələrimiz arasında investisiya fəallığı daim artır. Təkcə ötən il Qazaxıstanda Azərbaycan investisiyalarının həcmi təxminən 40 milyon dollar təşkil edib".

Onun sözlərinə görə, hər iki ölkənin sahibkarları Azərbaycanda və Qazaxıstanda fəaliyyətlərinin genişləndirilməsi üzərində fəal çalışırlar: "Qazaxıstanda Azərbaycan kapitallı 700-dən artıq hüquqi şəxs çalışır. Eyni zamanda ölkəmizdə Qazaxıstan kapitallı 52 şirkət fəaliyyət göstərir. Hazırda Aktauda iri logistik mərkəzin tikintisi layihəsinin reallaşdırılmasını da qeyd etməmək olmaz. Ölkələrimiz arasında əməkdaşlığın potensialı daha çox şeyə nail olmağa imkan verir".

Cümə günü Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib. Tədbir Qazaxıstan Respublikasının Mangistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük səfəri çərçivəsində keçirilir. Forumun işində iki ölkədən 70-dən artıq şirkət iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti