Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Azad Həsənli/
Nazirlər Kabineti işçilərin sayına və illik gəlirə müvafiq olaraq sahibkarlıq subyektləri kateqoriyalarının müyyənləşdirilməsinin yeni meyarlarını təsdiq edib.
Trend Kabinetə istinadən məlumat verir ki, sahibkarlıq subyektinin kateqoriyasını müəyyənləşdirmək məqsədilə 1 il üçün müəyyən edilmiş işçilərin sayı istifadə olunur.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün kateqoriyalar illik gəlir əsasında müəyyənləşdirilir.
Azərbaycanda iri, orta və kiçik sahibkarların təsnifat cədvəli:
Sahibkarlıq subyektlərinin meyarları |
İşçilərin sayı |
İllik gəlir (AZN) |
Kiçik |
25 nəfərədək |
120 min manatadək |
Orta |
25 nəfərdən 125 nəfərədək |
120 min manatdan 1.250 min manatadək |
İri |
125 nəfər və ondan yuxarı |
1.250 min manat və ondan yuxarı |