...

Azərbaycanda boş qeyri-yaşayış sahələri və dövlət torpaqlarından istifadə üzrə təkliflər hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2013 17:53 (UTC +04:00)
səmərəsiz istifadə olunan qeyri-yaşayış sahələrində və dövlət torpaqlarından dövlət ehtiyaclarının ödənilməsi məqsədilə istifadə edilməsinə dair razılaşdırılmış təkliflər hazırlanacaq.
Azərbaycanda boş qeyri-yaşayış sahələri və dövlət torpaqlarından istifadə üzrə təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir A.Axundov/

Bu il Azərbaycanda dövlət təşkilatlarının balansında olan boş və səmərəsiz istifadə olunan qeyri-yaşayış sahələrində və dövlət torpaqlarından dövlət ehtiyaclarının ödənilməsi məqsədilə istifadə edilməsinə dair razılaşdırılmış təkliflər hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifə və funksiyalarının icrasına dair 2013-cü il üçün fəaliyyət planında deyilir.

"O cümlədən, dövlət təşkilatlarının balansında olan boş və səmərəsiz istifadə edilən qeyri-yaşayış sahələri barədə məlumat bazasının mütəmadi dəqiqləşdirilməsi nəzərdə tutulur", - planda qeyd olunur.

Plan dövlət müəssisələri və obyektlərinin özəlləşdirilməsinə dair yeni sahələrin açılması çərçivəsində araşdırmaları, bu istiqamətdə təkliflərin hazırlanması, müvafiq hüquqi aktları layihələrinin hazırlanmasını nəzərdə tutur.

"Komitənin, həmçinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan müəssisələrin səmərəliliyinin artırılması, onların öz profilinə uyğun istifadəsi, özəlləşdirməyədək əmlak və onların idarə edilməsinin saxlanılması, dövlət müəssisələri (o cümlədən onların törəmə müəssisələri, filialları və nümayəndəlikləri) haqqında məlumat bazasının yenilənməsi planlaşdırılır", - planda deyilir.

Komitə dövlət müəssisələrində korporativ idarəetmənin prinsiplərinin tətbiqi sahəsində araşdırma aparmaq niyyətindədir.

"Plana, həmçinin xaricdə olan dövlət əmlakı haqqında məlumat bazasının mütəmadi yenilənməsi, ölkə regionlarında sosial-iqtisadi inkişaf məqsədilə dövlət, müxtəlif fond və təşkilatların vəsaiti hesabına bu yaxınlarda tikilən obyektlər haqqında məlumatın toplanması və bu reyestrə daxil edilməsi, eləcə də investorlar tərəfindən özəlləşdirilən sosial obyektlərdə müqavilədə göstərilən öhdəlik və şərtlərin icrasının səviyyəsinin yoxlanılması üçün mütəmadi monitorinqlərin keçirilməsi, borcları qanunvericiliyə uyğun silinməli olan özəlləşdirilən dövlət müəssisələrinin dəqiqləşdirilmiş siyahısının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi daxildir", - sənəddə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti