...

Mərkəz Bank istehlak kreditlərinin pərakəndə satış şəbəkələrində sənədləşdirilməsini qadağan etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2013 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan bankları istehlak kreditlərinin pərakəndə satış şəbəkələrində sənədləşdirilməsini dayandıracaqlar. Bu barədə bazar ertəsi Trend-ə bank dairələrindən məlumat verilib.

Hazırda bir çox banklar avtomobil, mebel, elektrik avadanlıqları, mobil telefonlar və s. satış məntəqələri ilə əməkdaşlıq edərək yerində kreditlər verirlər. Kreditlərin verilməsini sürətləndirmək və sadələşdirmək məqsədilə banklar ticarət şəbəkələrində öz məntəqələrini açaraq kreditləri orada sənədləşdirirlər.

Lakin Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına pərakəndə satış məntəqələrində istehlak kreditlərinin verilməsinin dayandırılması, onların bilavasitə bankların özlərində, mərkəzləşdirlmiş qaydada verilməsi göstərişi ilə məktub göndərib.

Bu qərar istehlak kreditlərinin qaytarılmayan həcminin artması ilə izah edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti