Azərbaycan, Bakı, 21 iyul /müx.TrendLife Şahin Cavadsoy/
Asəf Zeynallı adına musiqi kollecində dərs deyən xalq artisti, tanınmış muğam ustadı Ağaxan Abdullayevin muğam sinfində təhsil almaq, bundan sonra hər tələbəyə nəsib olmayacaq. Yəni sənətkar, tələbəsi olmaq istəyən gəncləri daha çətin şərtlərlə öz sinfinə qəbul etməyə qərar verib. Bu haqda Ağaxan müəllimin özü TrendLife-a məlumat verib: "Sevindirici haldır ki, respublikamızda muğama verilən dəyərin səviyyəsi gün keçdikcə daha da yüksəlir. Bu fakt biz sənətkarlara qürur verir.Ciddi musiqiyə meyl edən gənclərin heç də hər birindən yaxşı muğam ifaçısı alınmır. Muğam çox böyük dəyradır. Və biz müəllimlərin öhdəsinə düşən ən böyük vəzifə bu dəryadan əsl istedadları üzə çıxarmaqdır. Deyim ki, bu ildən dərs dediyim Asəf Zeynallı adına Musiqi Kollecinin Muğam kursuna qəbul olmaq istəyənlərin seçimindən bilavasitə özüm iştirak etdim. Onsuz da hər il qəbul komissiyasında əyləşirdim. Lakin bu dəfə seçimi xeyli çətinləşdirdim. Ona görə də cəmi 8 nəfəri kursuma qəbul etdim. Hesab edirəm ki, bu tələbələr yaxın beş il ərzində muğamım sirlərinə yiyələnib, öz adlarını Azərbaycanımızın fəxri olan xanəndələr sırasına qatacaqlar".