...

Azərbaycan Maliyyə Nazirliyi siyasi partiya və QHT-lərə xəbərdarlıq etdi

Siyasət Materials 10 Aprel 2013 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Maliyyə Nazirliyi siyasi partiya və QHT-lərə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adıçəkilən qanunun 31.6-cı maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Nazirlik xəbərdarlıq edib ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) ilə inzibati tənbeh nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti