...

Gənclər Fondunun yeni müsabiqəsində kateqoriyaların istiqamətlərinə dəyişikliklər olunub

Cəmiyyət Materials 11 Fevral 2013 10:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi ikinci qrant müsabiqəsi davam edir.
Gənclər Fondunun yeni müsabiqəsində kateqoriyaların istiqamətlərinə dəyişikliklər olunub

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi ikinci qrant müsabiqəsi davam edir.

Fonddan Trend-ə verilən məlumata görə, ilk müsabiqədə olduğu kimi bu müsabiqədə də eynilə 5 kateqoriya müəyyən edilib. Yeni müsabiqədə kateqoriyaların istiqamətlərinə dəyişikliklər olunub.

Belə ki, yerli layihələr üçün təklif olunan yeni istiqamətlər region gənclərinin aktiv sosial inteqrasiyası, sağlam həyat tərzi, gənclik və idman, yeni media vasitələrilə gənclərin sosial ideya təşəbbüslərinə yardım edəcək mühitin yaradılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin ictimai sosial həyata inteqrasiyası, bələdiyyələr və gənclər əməkdaşlığı və ekoloji maarifləndirmə, Beynəlxalq layihələr üçün təklif olunan yeni istiqamətlər xaricdə təhsil alan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi, Azərbaycan gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə birgə layihələri, Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər və xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər, Yaradıcı gənclər üçün üçün təklif olunan yeni istiqamətlər kreativ gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, istedadlı gənclərin ixtiraçılıq və innovativ təklif və ideyalarının reallaşdırılması layihələri, gənclər və elmi texniki tərəqqi sahəsində layihələr, animasiya və filmlərlə bağlı layihələr və intellektual gənclərin təşəbbüslərinə dəstək layihələri, Gənclərin xaricdə keçirilən tədbirlərdə iştirakı üçün təklif olunan yeni istiqamətlər gənc alimlərin, ictimai-fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi sahəsində layihələr və xaricdə olan ictimai-fəal, istedadlı və yaradıcı əcnəbi gənclərin Azərbaycanda həyata keçirilən gənclər tədbirlərində iştirak səfərinin qismən maliyyələşdirilməsi və Əcnəbi gənclərin Azərbaycana dair tədqiqatı üçün təklif olunan yeni istiqamətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi olacaq.

Qeyd edək ki, layihələrin son qəbul tarixi 15 fevral 2013-cü il tarixidir. Bütün gəncləri və gənclər təşkilatlarını müsabiqədə fəal iştirak etməyə dəvət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti