Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir M.Əliyev/
Çərşənbə günü Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) konqresi keçirilir. Konqresdə 24 ölkədən 48 nümayəndə iştirak edir. Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonzalves deyib ki, "Mədəniyyətlərarası əlaqələr kontekstində ədaləli oyunlar" mövzusu konqresin əsas mövzusudur.
Ədalətli Oyunlar Komissiyasının Azərbaycandakı sədri Xəzər İsayev bildirib ki, bu mərasim Azərbaycan gəncliyində ədalətli oyunların prinsiplərinin inkişafına kömək edəcək. "Biz ölkənin regionlarında da ədalətli oyun prinsiplərinin genişlənməsinə çalışacağiq", - İsayev deyib.
Bu təşkilata üzv olan Ermənistan nümayəndə heyəti tədbirə dəvət olunsa da, tədbirə qatılmayıb.
Qonzalvesin sözlərinə görə, Ermənistan yığmasının üzvlük haqqına görə dörd illik borcu var və onun bu təşkilatın tərkibində qalması məsələsi hazırda sual altındadır.
AƏOH-na 40 ölkə daxildir.