...

Dünya qatarları və ya "polad tarix" (FOTO)

Dünya xəbərləri Materials 28 Avqust 2016 14:12 (UTC +04:00)
Dünyada bir sıra qatarlar var ki, dəbdəbəli görüntüləri, komfortu və tarixiliyi baxımından digərlərindən seçiilir.
Dünya qatarları və ya "polad tarix" (FOTO)

Bakı. Trend:

Dünyada bir sıra qatarlar var ki, dəbdəbəli görüntüləri, komfortu və tarixiliyi baxımından digərlərindən seçiilir.

"The Ghan" - Avstraliya. Qatar öz adını XIX əsrdə dəvə karvanları ilə qitənin mərkəzinədək irəliləyən əfqan çarvadarlardan götürüb ("əfqan" sözünün ikinci hecası - "qan"). Ümumiyyətlə, əfqanların Avstraliya tarixində mühüm rolları olub. Məsələn, yeni qitədə İslam dinini ilk dəfə onlar yayıblar. "The Ghan" Avstraliyanın cənubundan şimalınadək təqribən 1900 mil (3 min km-dən çox) məsafəni qət edir.

"Royal Scotsman" - Şotlandiya. Edinburqdan yola düşən qatar bütün Şotlandiya boyu hərəkət edir.

"Tokaido Shinkansen" - Yaponiya. Sürət qatarları ilə məşhur olan Yaponiyada "Sinkansen" qatarlarının ilk xətti Tokio-Osaka marşrutu üzrə 1964-cü ildə açılıb.

"Hiram Bingham" - Peru. Qatar inklərin itirilmiş şəhərinin kəşfi ilə məşhur olan amerikalı arxeoloq Hayram Bingemin şərəfinə adlandırılıb. XX əsrdən başlayaraq qatarın sərnişinlərinə yerli təamlar təqdim olunur.

"Rocky Mountaineer" - Kanada. Bu, Şimali Amerikanın ən dəbdəbəli qatarlarından biridir. İkimərtəbəli vaqonların pəncərəsindən Kanadanın əsrarəngiz təbiətini seyr etmək olar.

"Orient Express" - Avropa və Asiya. Dünyada ən məşhur qatarlardan biri. İlk reysi 1889-cu ildə Parisdən İstanbula həyata keçirib. Şarl de Qoll, II Elizabet, Nikita Xruşşov kimi tanınmış siyasi xadimlər "Ekspress"in sərnişinləri olub. 1929-cu ilin fevralında qatar qar uçqunu səbəbindən 6 gün İstanbuldan 100 km məsafədə ilişib qalmışdı. Bu hadisə Aqata Kristinin "Şərq ekspress"ində ölüm" detektiv romanında da öz əksini tapıb.

"Blue Train" - Cənubi Afrika Respublikası. Bu yeriyən 5 ulduzlu hotel Pretoriyadan Keyptaunadək 1600 km məsafəni 27 saata qət edir. Nelson Mandela və Marqaret Tetçer kimi tanınmış simalar da "Mavi qatar"ın sərnişinləri olub.

"Glacier Express" - İsveçrə. Dünyada ən ləng ekspress hesab olunur. İlk dəfə 1930-cu ildə yola çıxıb. Qatar hər gün hərəkətdədir, səyahət 7,5 saat davam edir. Bu müddət ərzində qatar 291 körpü və 91 tuneldən keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti