...

Londonun Lord meri: Avropa Oyunları Bakını turistlərin ən sevimli yeri edəcək

Baku 2015 : EUROGAMES Materials 1 İyun 2015 22:14 (UTC +04:00)
I Avropa Oyunları Bakıya turistlərin ən sevimli yerinə çevrilməsində kömək edəcək.
Londonun Lord meri: Avropa Oyunları Bakını turistlərin ən sevimli yeri edəcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunları Bakıya turistlərin ən sevimli yerinə çevrilməsində kömək edəcək. Bunu Trend-ə Böyük Britaniyanın London şəhərinin Lord meri Alan Yarrou deyib.

O, qeyd edib: "Bakıya gələndə təəccübləndim. Şəhər çox xoşuma gəldi. Bakı son 20 ildə çox dəyişib. Şəhərin ab-havası olduqca əladır və Bakının mənzərəsi çox xoşuma gəldi".

Lord merin sözlərinə görə, Avropa Oyunlarının ümumilikdə Azərbaycana, xüsusilə də Bakıya nə verəcəyini anlamaq üçün 2012-ci il Olimpiya Oyunlarının Londona nə verdiyinə baxmaq kifayətdir: "London yenidən iri biznes mərkəzi kimi dirçəldi və turistlərin ən sevimli yeri oldu. Hesab edirəm ki, Bakını da eyni aqibət gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti