...

Keti Teylor: "Avropa Oyunlarında möhtəşəm ab-hava var"

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 16:28 (UTC +04:00)
"Avropa Oyunlarında möhtəşəm ab-hava var". Trend-in "Irishtimes.com" saytına istinadən verdiyi məlumata görə, bunu irlandiyalı boksçu Keti Teylor deyib.
Keti Teylor: "Avropa Oyunlarında möhtəşəm ab-hava var"

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Avropa Oyunlarında möhtəşəm ab-hava var". Trend-in "Irishtimes.com" saytına istinadən verdiyi məlumata görə, bunu irlandiyalı boksçu Keti Teylor deyib.

Bakıda ilk döyüşündə bolqar Denitsa Yeliseyevanı məğlub edən qadın boksunun canlı əfsanəsi K.Teylor ölkəsini bu mötəbər yarışda təmsil etdiyinə görə qürur hissi keçirdiyini deyib: "İki həftədən artıqdır ki, Bakıdayam. İlk qarşılaşma üçün rinqə çıxma anını səbirsizliklə gözləyirdim. Əvvəlki illərlə müqayisədə indi qələbəyə daha acam. Özümdən sonra böyük miras qoymaq istəyirəm".

Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan 28 yaşlı boksçu qeyd edib ki, Bakıda hər şey əladır: "Oyunlarda ab-hava möhtəşəmdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti