...

İFAM – Avropa Oyunlarına dəstək səhnəsində 800-dək şəxs çıxış edib (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 16:55 (UTC +04:00)
Mayın 27-dən etibarən Bakı-2015 birinci Avropa Oyunlarına dəstək məqsədilə yaradılan İFAM - "I am on the Stage" (“Səhnədə mənəm” layihəsi başa çatıb.
İFAM – Avropa Oyunlarına dəstək səhnəsində 800-dək şəxs çıxış edib (VİDEO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Mayın 27-dən etibarən Bakı-2015 birinci Avropa Oyunlarına dəstək məqsədilə yaradılan İFAM - "I am on the Stage" ("Səhnədə mənəm" layihəsi başa çatıb.

Trend-in məlumatına görə, bir ay müddətində bu səhnə ifa bacarığı, musiqi duyumu olan hər kəsə istedadını nümayiş etdirməyə imkan yaratdı. Bununla da Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində şəhər sakinləri, qonaqları, idmançıları öz ətrafında birləşdirdi. Fəvvarələr meydanında fəaliyyət göstərən bu xalq səhnəsində 800-ə yaxın şəxs qeydiyyatdan keçərək Azərbaycan və digər ölkələrin pop, rok, rep, eləcə də xalq mahnılarını ifa ediblər.

Bakı-2015 birinci Avropa Oyunlarına dəstəyini nümayiş etdirən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da xalq qarşısında ifa etmək imkanı yaradan İFAM səhnəsi turistlərin sevdiyi məkana çevrilmişdi.

Azərbaycanı təmsil edən mükafatçı idmançılar, eləcə də ölkəmizin tanınmış sənət adamlarının mütəmadi olaraq yer aldığı xalq səhnəsi qısa müddətdə hər kəsi öz ətrafına toplaya bildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti