...

Tanınmış türk prodüserinin İstanbuldakı şəxsi binası və uşaqlıq macəraları (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2011 19:08 (UTC +04:00)
İstanbula məlum səfərim haqqında reportajlardan daha bir maraqlı hissəni Sizə təqdim edirəm. Düz bir ay bundan əvvəl - 27 mart tarixində sevdiyim şəhərdə bir an olsun belə qəribçilik yaşamağıma şərait yaratmayan tanınmış türk prodüseri Kemal Cenk İçten avtomobili ilə məni doğulub boya-başa çatdığı doğma məhəlləsinə apardı. Yollardakı avtomobil karvanını görüb, Bakının mərkəzi küçələrindəki tıxaclara min şükür edib Fatih rayonunun Karagümrük qəsəbəsinə çatırıq
Tanınmış türk prodüserinin İstanbuldakı şəxsi binası və uşaqlıq macəraları (FOTO)

Türkiyə, İstanbul, 27 aprel /Trend, müxbir Ş.Cavadsoy/

İstanbula məlum səfərim haqqında reportajlardan daha bir maraqlı hissəni Sizə təqdim edirəm. Düz bir ay bundan əvvəl - 27 mart tarixində sevdiyim şəhərdə bir an olsun belə qəribçilik yaşamağıma şərait yaratmayan tanınmış türk prodüseri Kemal Cenk İçten avtomobili ilə məni doğulub boya-başa çatdığı doğma məhəlləsinə apardı. Yollardakı avtomobil karvanını görüb, Bakının mərkəzi küçələrindəki tıxaclara min şükür edib Fatih rayonunun Karagümrük qəsəbəsinə çatırıq.

"Bax, bu gördüyünüz binanı rəhmətlik babam mənim adıma tikdirib. Və adım binanın giriş qapısının üstündə də yazılıb. Uşaqlığım məhz burada keçib. Hazırda isə ən yaxın ailə üzvlərimiz, qohumlarımız adımı daşayan, bir az özünütərif kimi çıxmasın, sahibi olduğum bu binada yaşayırlar. Ümumilikdə götürəndə isə Karagümrük qəsəbəsini, Bakı ilə müqayisə etsək, İstanbulun İçərişəhəri hesab etmək olar. Hər bir tikilinin öz tarixi tarixi var", - əzəmətli çoxmərtəbəli binanı mənə göstərən Cenk bəy dedi.

Uşaqlıq illərindən danışdıqca təsirlənən prodüser daha sonra bizi yeniyetmə yaşlarında gününün böyük hissəsini keçirdiyi "Fatih Karagümrük idman klubu"na apardı. Bazar günü olduğundan klub fəaliyyət göstərmirdi. 15-20 il bundan əvvəl, eynən uşaqlıq dostlarının etdiyi kimi, o, arxa tərəfdən idman mərkəzinə daxil olmağa müvəffəq oldu. Deyəsən, biz tək deyildik. Fotolar çəkib yolumuzu Hasan Fehmi Paşa küçəsindəki ən qədim çay evindən salırıq. Öyrənirəm ki, hazırda bu məkanın sahibi Cenk bəyin uşaqlıq dostlarından biri Sinandır. Gəlişimizdən xəbər tutan digər dostları - Deniz, Koray, Süleyman və Hakan da məkana gəlirlər. Qeyd edək ki, vaxtilə Cenk bəy və adını çəkdiyim dostları "Fatih Karagümrük idman klubu"nun futbolçuları olublar. Onlarla da maraqlı söhbət edirik. Gəzintimiz sona çatır. Amma Fatih rayonundan xeyli uzaqlaşsaq da avtomobilimiz yenə dayanır. Bu dəfə prodüser məni usta Əli ilə tanış edir. Gənc olmasına baxmayaraq, Əli uşaq yaşlarından ata-babasının yolunu davam etdirərək küçədə ləziz plov çeşidləri satmaqla məşğuldur. Onunla birgə foto çəkdirən Kemal Cenk İçten daha sonra küçədə başqa tanınmış türk sənətçisini gördüyüm üçün 45 dəqiqə gözləmək məcburiyyətində qalır. O xanım sənətçinin kimliyi barədə növbəti reportajımda söhbət açacağam.

Sonda isə arzu edən oxucularımız üçün "İstanbul macəraları"mın yer aldığı bütün reportajların linklərini təqdim edirik.

http://az.trend.az/news/mvsb/1854919.html

http://az.trend.az/news/mvsb/1857044.html

http://az.trend.az/news/mvsb/1857952.html

http://az.trend.az/news/mvsb/1860119.html

http://az.trend.az/news/mvsb/1862208.html

http://az.trend.az/news/mvsb/1862628.html

http://az.trend.az/news/mvsb/1866719.html

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti