...

Ermənilər tərəfindən oğurlanan musiqilərin Azərbaycana məxsus olduğunu musiqişünaslar sübut etməlidir - nazir

Mədəniyyət Materials 11 İyul 2011 11:57 (UTC +04:00)
Ermənilərin təzəcə özününküləşdirdiyi 2 musiqinin Azərbaycana məxsus olduğunu Azərbaycan dövləti, ictimaiyyəti, ən əsasi isə alimlər və musiqişünaslar sübut etməlidirlər.
Ermənilər tərəfindən oğurlanan musiqilərin Azərbaycana məxsus olduğunu musiqişünaslar sübut etməlidir - nazir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ermənilərin təzəcə özününküləşdirdiyi 2 musiqinin Azərbaycana məxsus olduğunu Azərbaycan dövləti, ictimaiyyəti, ən əsasi isə alimlər və musiqişünaslar sübut etməlidirlər.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Naz eləmə" və "O olmasın, bu olsun" filmində Məşədi İbadın hamama getdiyi səhnədə səslənən musiqinin ermənilər tərəfindən özününküləşdirilməsinə münasibət bildirərkən deyib.

Qarayev hər iki musiqinin Azərbaycana məxsus olduğunu bildirib.

Nazir həmişə olduğu kimi, indi də ədalətin öz yerini tapacağına inandığını bildirib.

"Biz nə qədər ermənilərlə müharibə şəraitində yaşayacağıqsa, belə faktlar da daim olacaq. Bu mübarizə və müharibə davam edir. Bu faktlarla gələcəkdə də rastlaşacağıq", - o vurğulayıb.

Ermənilər Azərbaycana məxsus hər iki musiqini oğurlayaraq erməni musiqisi kimi qələmə verib və bu musiqilərə klip çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti