...

Bəstəkar Emil Şahin Mahsun Kırmızıgüllə eşq macərası yaşadığı deyilən Hadisənin müdafiəsinə qalxdı

Mədəniyyət Materials 10 Avqust 2011 19:09 (UTC +04:00)
Türkiyənin iki tanınmış müğənnisi Hadisə Açıkgözlə Mahsun Kırmızıgülün münasibətlərində eşq macərasının yaşanması haqqında xəbərlər Hadisənin Azərbaycanda yaşayan dostlarından biri, bəstəkar Emil Şahini qıcıqlandırıb.
Bəstəkar Emil Şahin Mahsun Kırmızıgüllə eşq macərası yaşadığı deyilən Hadisənin müdafiəsinə qalxdı

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin iki tanınmış müğənnisi Hadisə Açıkgözlə Mahsun Kırmızıgülün münasibətlərində eşq macərasının yaşanması haqqında xəbərlər Hadisənin Azərbaycanda yaşayan dostlarından biri, bəstəkar Emil Şahini qıcıqlandırıb. Trend vasitəsi ilə dostunun müdafiəsinə qalxan Emil yayılan xəbərlərin həqiqətə söykənmədiyindən əminliklə danışdı.

"Hadisəni yaxından tanıdığım üçün bu cür məlumatların yalan olduğunu deməkdən çəkinmirəm. Türkiyə şou-biznesində heç bir nailiyyətə imza ata bilməyən bəzi müğənnilər var ki, onlar bilərəkdən adlarını sevgi macəralarında hallandıraraq gündəmdə qalırlar. Hadisənin belə reklamlara qətiyyən ehtiyacı yoxdur. O, necə böyük sənətə sahib olduğunu "Eurovision" səhnəsində də təsdiqləyib. Yaxın günlərdə İsanbula səfərim gözlənilir. Yəqin ki, görüşümüzdə yaradıcılıq işləri ilə yanaşı şəxsi məsələlər barəsində də danışacağıq və əvvəlcədən onun belə deyəcəyinə əminəm: "boş söz-söhbətdir", - Emil Şahin dedi.

Bəstəkar onu da əlavə etdi ki, "Follow my way" mahnısının Hadisənin ifasında səslənəcəyi gün elə də uzaqda deyil. "İnşallah, payız aylarında nəhayət ki, çoxdan söz verdiyimiz layihəni dinləyicilərə təqdim edəcəyik", - Emil Şahin qeyd etdi.

Xəbər lenti

Xəbər lenti