...

Gürcüstan Bakıda keçiriləcək "Eurovision 2012" üçün iştirakçı seçiminə başlayır

Mədəniyyət Materials 15 Dekabr 2011 16:38 (UTC +04:00)
Gürcüstan İctimai Televiziyası Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün milli seçim müsabiqəsi elan edir.
Gürcüstan Bakıda keçiriləcək "Eurovision 2012" üçün iştirakçı seçiminə başlayır

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Gürcüstan İctimai Televiziyası Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün milli seçim müsabiqəsi elan edir.

Trend-in məlumatına görə, İctimai kanal prodüser qruplarına, ifaçılara, musiqiçilərə və bəstəkarlara müsabiqədə iştirak etməyə imkan verir. Arzu edənlər müsabiqə mahnısı ilə yanaşı (CD), tərcümeyi-hal və foto da təqdim etməlidirlər.

Müsabiqə mahnısı xüsusi olaraq bu müsabiqə üçün gürcü və ingilis dillərində (3 dəqiqəlik) olmalıdır.

Ərizələrin qəbulu dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Xüsusi münsiflər heyəti ən yaxşılarını seçəcək və onları final konsertinə təqdim edəcək. Qalib əhali (SMS-in köməyi ilə) və səlahiyyətli münsiflər heyəti tərəfindən müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti