...

"Eurovision"la bağlı qanunsuz internet səhifələrinə qarşı tədbirlər görüləcək

Mədəniyyət Materials 6 Fevral 2012 12:43 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı müxtəlif internet saytları, eləcə də Facebook, Twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə əlaqədar tədbirlər görüləcək.
"Eurovision"la bağlı qanunsuz internet səhifələrinə qarşı tədbirlər görüləcək

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı müxtəlif internet saytları, eləcə də Facebook, Twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə əlaqədar tədbirlər görüləcək. Trend-in bazar ertəsi "Eurovision 2012"-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker deyib.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytları və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.

Onun sözlərinə görə, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradırlar.

"Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik", - Bekker deyib.

O, 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət olunduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti