Azərbaycan, Bakı, 9 aprel / Trend/
Türkiyə telekanalında yayımlanan və Azərbaycanda da çox maraqla izlənilən "Möhtəşəm yüz il" teleserialının ssenari müəllifi bu gün dünyasını dəyişib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur türkiyəli ssenari müəllifi və aktrisa Meral Okay bu səhər evində dünyasını dəyişib.
Bir müddətdir ağciyər xərçəngindən müalicə edilən Okayın vəfatını aktyor Ali Sunal "Twitter" səhifəsindən elan edib.
Okay Azərbaycan tamaşaçısının maraqla izlədiyi "Asmalı konak", "Bir bulud olsam" və s. serialların ssenaristi olub. Onun ən son işi isə Osmanlı tarixindən bəhs edən "Möhtəşəm yüz il" serialı olub.
"Möhtəşəm yüz il" teleserialının ssenari müəllifi ölüb
Türkiyə telekanalında yayımlanan və Azərbaycanda da çox maraqla izlənilən "Möhtəşəm yüz il" teleserialının ssenaristi bu gün dünyasını dəyişib.
