...

Azərbaycanda Beynəlxalq Muzeylər Günü münasibətilə müsabiqə elan edilir

Mədəniyyət Materials 30 Aprel 2012 17:26 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeydə bir gecə" adlı müsabiqə elan edir.
Azərbaycanda Beynəlxalq Muzeylər Günü münasibətilə müsabiqə elan edilir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeydə bir gecə" adlı müsabiqə elan edir. Bu barədə bazar ertəsi Trend-ə İdarədən məlumat verilib.

Müsabiqənin keçirilməsində məqsəd İçərişəhərin təbliği, Azərbaycanda yaradıcılıq işinin həvəsləndirilməsi, gənclərə dəstək və onlar arasında tarix və mədəni irsimizin önəmli bir hissəsi olan Qədim Şəhərə marağın artırılmasıdır.

Yaradıcılıq müsabiqəsində 17-29 yaş arası gənclər iştirak edə bilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar ən azı iki tarixi abidə - Qız Qalası və Xanəgah, yaxud Şirvanşahlar Sarayı Kompleksi və Çin Məscidi (Numizmatika ekpozisiyası) barədə maraqlı və innovativ ekskursiya layihələri təqdim etməlidirlər. Bununla da gənclər İçərişəhərdə fəaliyyət göstərən muzeylərin ekskursiyalarının müasir forma və tələblərə uyğun aparılmasına öz töhfələrini verəcəklər.

Layihələr 1-12 may 2012-ci il tarixlərində qəbul olunacaq. Bunun üçün www.icherisheher.gov.az saytına daxil olaraq, "18 may-Müsabiqə" bölməsindəki anket formasını dolduraraq [email protected] ünvanına göndərmək lazımdır.

Müsabiqənin sonunda qaliblər muzey işi üzrə mütəxəssislər tərəfindən seçiləcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti