...

Azərbaycanda qədim musiqi ənənələri mövcuddur - "Deutsche Welle"

Mədəniyyət Materials 16 May 2012 16:33 (UTC +04:00)
Nüfuzlu "Deutsche Welle" agentliyi Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Azərbaycanın musiqi ənənələrindən bəhs edən məqalə dərc edib.
Azərbaycanda qədim musiqi ənənələri mövcuddur - "Deutsche Welle"

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir V.Javoronkova/

Nüfuzlu "Deutsche Welle" agentliyi Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Azərbaycanın musiqi ənənələrindən bəhs edən məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə Azərbaycanın 2011-ci ildə "Eurovision" müsabiqəsində pop-kompozisiya ilə qalib gəlməsinə baxmayaraq, ölkədə qədim musiqi ənənələrinin mövcud olmasından bəhs edilir.

Məqalədə milli musiqi mədəniyyətinin əsas istiqamətləri qismində muğam və caz-muğam, habelə muğamdan müasir miks, xalq musiqisi, caz və qərb pop-mədəniyyəti qeyd olunur. Həmçinin, muğamın yaranması və inkişafı tarixindən, onun Azərbaycan mədəniyyətindəki yerindən söhbət açılır.

"Azərbaycanın klassik, improvizasiya musiqisi olan muğamın əsasında dayanan ideya insan ruhunun güclü emosiyalarının bütün müxtəlifliyinin incəsənətə çevrilməsi və əks olunmasıdır", - məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycanda muğamın ən tanınmış ifaçısı Alim Qasımovdur. Alim Qasımov YUNESKO-nun Beynəlxalq musiqi mükafatı laureatı, həmçinin qədim aşıq incəsənətinin ustadıdır.

Həmçinin, məqalədə ötən əsrin 50-ci illərində yaranan Azərbaycan caz mədəniyyətinin tarixinə böyük diqqət ayrılır. Əvvəllər bu musiqi cərəyanı sovet hökuməti tərəfindən qadağan edilmişdi. Azərbaycanda caz xüsusi rəng alıb, nəticədə cazda yeni istiqamət - caz-muğam yaradılıb.

Məqalədə bu musiqinin əsas ifaçılarından biri kimi Vaqif Mustafazadənin adı çəkilir. Onun arıdıcılı olan qızı Əzizə Mustafazadə isə təkcə atasının yaradıcılığının layiqli varisi deyil, həmçinin müstəsna istedada malik ifaçıdır.

Həmçinin, müasir Azərbaycan pop-musiqisindən bəhs edilən məqalədə kompozisiyalarında xeyli sayda müxtəlif musiqi üslublarını, o cümlədən muğam, xalq musiqisi, caz, klassik musiqi, qərb pop-musiqisini birləşdirməyi bacaran müğənni Sevda Ələkbərzadə xatırlanır.

Xəbər lenti

Xəbər lenti