...

Sevda Ələkbərzadə lənkəranlı nənələrlə çıxış edəcək

Mədəniyyət Materials 29 May 2012 15:25 (UTC +04:00)
İyunun 23-də Bakı Caz Mərkəzinin yay zalı Jazzy Beach-də Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin MIX-MUSIC konserti keçiriləcək.
Sevda Ələkbərzadə lənkəranlı nənələrlə çıxış edəcək

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir C.Babayeva/

İyunun 23-də Bakı Caz Mərkəzinin yay zalı Jazzy Beach-də Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin MIX-MUSIC konserti keçiriləcək.

Bir neçə ildir ki, Sevda Ələkbərzadə etno-caz kompozisiyalarını ifa edir. Bu müddət ərzində müğənni estrada hitləri ifa etməyib.

"Konsertdə öz estrada mahnılarımı ifa edəcəyəm. Təbii ki, həmin kompozisiyalar yeni tərtibatda təqdim olunacaq. Habelə, etno-caz albomumdan ən populyar mahnılar ifa olunacaq", - Sevda Ələkbərzadə Trend-ə bildirib.

"Konsertdə ifa etdiyim "Lolo" kompozisiyasında Lənkəranın "Nənələr" folklor qrupunun da çıxışı olacaq. Bacım Emma Ələkbərzadə də konsertin qonağı olacaq, biz birlikdə duet ifa edəcəyik, o öz mahnılarını da oxuyacaq. Bununla yanaşı, konsertdə mənim çox yaxşı səsə malik 14 yaşlı qohumumun da debütü olacaq", - müğənni deyib.

Əməkdar artistin sözlərinə görə, konsert proqramı zəngin və maraqlı olacaq.

Xəbər lenti

Xəbər lenti