...

"İrəvan xanlığı" adlı sənədli filmi hazırlanıb

Mədəniyyət Materials 19 Sentyabr 2012 18:01 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi və qarşıda duran vəzifələrə həsr olunmuş Elmi Şuranın iclası keçirilib.
"İrəvan xanlığı" adlı sənədli filmi hazırlanıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi və qarşıda duran vəzifələrə həsr olunmuş Elmi Şuranın iclası keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, məsələ ilə bağlı Tarix İnstitutunda geniş islahatlar proqramı həyata keçirilir, sənəd topluları, məqalələr, kitablar nəşr olunur. Bu nəşrlər müxtəlif xarici dillərə tərcümə olunur.

İclasda "Azərbaycan xalqına qarşı soyqırımı qatilləri" kitabının, Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı haqqında sənədlər toplusunun və "Ararat (Ermənistan) Respublikasının Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti" sənədlər toplusunun nəşr olunması və mövzu ilə bağlı dissertasiya araşdırmasının aparılması qərara alınıb.

Toplanmış sənədlər əsasında "İrəvan xanlığı" adlı sənədli film də hazırlanıb.

Xəbər lenti

Xəbər lenti