...

Bəhram Bağırzadə: Teleaparıcı Nuran Hüseynov xilas olacaq - 100 000 avro toplandı!

Mədəniyyət Materials 3 Oktyabr 2012 11:39 (UTC +04:00)
Ağır xəstəlikdən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynova dəstək üçün Azərbaycanda keçirilən xeyriyyə aksiyası uğurla başa çatıb.
Bəhram Bağırzadə: Teleaparıcı Nuran Hüseynov xilas olacaq - 100 000 avro toplandı!

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir V.İmanov/

Ağır xəstəlikdən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynova dəstək üçün Azərbaycanda keçirilən xeyriyyə aksiyası uğurla başa çatıb. Belə ki, müalicənin başlanması üçün lazım olan 100 000 avro məbləğində vəsait toplanıb. Bu barədə Trend-ə əfsanəvi "Bakılı oğlanlar" komandasının, Azərbaycan Rəssamlar İttifaqının və Karikaturaçılar Birliyinin üzvü Bəhram Bağırzadə məlumat verib.

"Hacı Nuran Hüseynov ona kömək əlini uzadanlara ən səmimi minnətdarlığını bildirir və hər şey üçün Allaha dua edir. Məhz həmyerliləri sayəsində o, ilyarımlıq kimya terapiyası kursunun pulunu (100 000 avro) tamamilə ödəyə biləcək. Filippin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Əmir Hüseynzadənin dəvəti ilə o, Filippindəki Amerika klinikasında, daha sonra isə Avstriyada müalicə olunacaq", - Bağırzadə deyib.

Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb. Hacı Nuran Hüseynov limfaqranulematoz xəstəliyindən əziyyət çəkir, onun sağalması üçün uzunmüddətli və bahalı müalicə tələb olunur.

Xəbər lenti

Xəbər lenti