...

Azərbaycanı "Eurovision 2013"-də 128 nəfər təmsil etmək istəyir

Mədəniyyət Materials 29 Oktyabr 2012 16:38 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova bazar ertəsi Trend-ə bildirib ki, bu həftə ərzində münsiflər heyəti tərəfindən dinləmələrə başlanılacaq.
Azərbaycanı "Eurovision 2013"-də 128 nəfər təmsil etmək istəyir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən milli seçim turlarında iştirak üçün 128 nəfər sənəd verib.

"Eurovision" mahnı müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova bazar ertəsi Trend-ə bildirib ki, bu həftə ərzində münsiflər heyəti tərəfindən dinləmələrə başlanılacaq.

Dinləmələrdə hər bir iştirakçı 2 mahnı ifa etməklə səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsində İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti